Sənətçi "Mədəni şou"da bu haqda danışıb. O bildirib ki, aparıcılar uşaqların zövqünü korlayır:
"Verilişlərimiz kasaddır, zəifdir mövzular adidir. Yaxşı ilə pis verilişlərdə seçilmir. Deyirlər ki, bu gün yaxşı edək. Etdik, amma sabah eyni adamlardı. Ona görə də verilişlər azdır. Sevdiyim verilişlərə gedirəm. Tanıdığım aparıcılar var ki, zövqünə inanıram. Hər dəfə danışıram, ağır çıxır. Doğma qardaşım olsun, su istehsal etsin. Bilsəm ki, su uşaqları zəhərləyir, ondan küsərəm. Bir çox mahnılar var ki, uşaqlarımızı zəhərləyir. Aparıcılar var ki, uşaqlarımızı zəhərləyirlər. Onların qanına bu mahnılar elə işləyir ki... Onların gələcək planlarına mane olacaq".
Tehsil-press.az









