
Canlı efirdə şounun heyəti Qaraçuxurluya maraqlı bir sürpriz hazırlayıb. Aparıcılar Sevil və Sevinc bacıları studiyaya məşhur bir müğənninin zəng vurduğunu deyiblər
Canlı yayıma Namiqin keçmiş duet ortağı Könül Kərimova qoşulub. O, efirə gələ bilmədiyini, bu səbəbdən ondan üzr istədiyini bildirib.
Namiq təbrikə görə Kərimovaya təşəkkür edib. Aparıcılar daha sonra ifaçıdan mahnı oxumağını xahiş edib.
Bu zaman bir dövrlər fenomenə çevirilən “Cavanlıq səhvi” bəstəsi səslənib.
Bu məqamda Könül Kərimova studiyaya daxil olub və cütlük illər sonra həmin mahnını canlı yayımda ifa ediblər.
Tehsil-press.az