Xəstəlik mal ətini ucuzlaşdıracaq - EKSPERT

Xəstəlik mal ətini ucuzlaşdıracaq - EKSPERT Ət bazarında qiymət artımı davam edir. Xüsusilə mal ətinin qiymətində davamlı artım istehlakçıların narazılığına səbəb olub. İstehlakçılar bildirirlər ki, iribuynuzlu mal ətinin qiymətində hər ay 50 qəpikədək artım qeydə alınır. Bu isə həm alıcılıq qabiliyyətinə, həm də bazarda tələbin səviyyəsinə təsir göstərir.

Hazırda paytaxt bazarlarında dana ətinin bir kiloqramı orta hesabla 17,5 manata təklif olunur. Halbuki bir ay əvvəl bu rəqəm 17 manat, ondan əvvəl isə 16,5 manat idi.

Mövzu ilə bağlı açıqlama verən Liberal İqtisadçılar Mərkəzinin sədri Akif Nəsirli bildirdi ki, bahalaşmaya əsas səbəblər yem və nəqliyyat xərclərinin artmasıdır.

Onun sözlərinə görə, heyvan sayının azalması və qış mövsümündə istehsalın çətinləşməsi də qiymət artımına öz təsirini göstərir.

Ekspert qeyd edib ki, qiymətlərin sabitləşməsi üçün xəstəlik riskinin azaldılması və bazarda təklifin artırılması vacib amillər sayılır.

“Hazırda xəstəlik səbəbindən əhalinin quş ətinə və idxal ətinə üstünlük verməsi yerli heyvan ətinin ucuzlaşmasını şərtləndirir. Qarşıdakı aylarda bu səbəbdən yerli ətin qiymətində sabitləşmə və ucuzlaşmanın müşahidə edilməsi gözləniləndir”, - deyə mütəxəssis vurğulayıb.

Tehsil-press.az

Oxşar xəbərlər