Onlardan biri də Aytən Muradovadır.
Prezidentin tərəqqi medalı ilə təltif etdiyi Aytən Muradova sabiq deputat Cahangir Hüseynovun qızıdır.
Cahangir Hüseynov 1997-ci illərdə Bakı şəhəri Binəqədi rayonunda istintaq şöbəsinin rəisi, 1997-2000 ci illərdə Sabirabad rayon polis şöbəsinin rəisi işləyib.
2000 ci ildə 83 saylı Saatlı Sabirabad seçki dairəsindən Azərbaycan Respublikasının Milli Məclisinin üzvü seçilib. Milli Məclisdə Hüquq siyasəti və dövlət quruculuğu məsələləri daimi komissiyasının sədr müavini və Hesablama komissiyasının üzvü olub. Azərbaycan Respublikası Milli Məclisinin II çağırış deputatı olub.
Qeyd edək ki, Prezident İlham Əliyev tərəfindən təltif olunan Aytən Muradova 1978-ci ildə anadan olub.Ədliyyə Nazirliyində müxtəlif vəzifələrdə çalışıb.
Hazırda 2 saylı Bakı "Asan Xidmət" Mərkəzində Ədliyyə Nazirliyinin Qeydiyyat şöbəsinin rəisidir.
Tehsil-press.az








