Ermənistan Milli Assambleyanın spikeri Alen Simonyan lazımi vaxtda Azərbaycana səfər etməyə hazır olduğunu bildirib.O, bu barədə parlamentdə jurnalistlərə deyib:
“Mən lazım olan vaxtda Azərbaycana səfər etməyə hazıram. Həmkarımı da hansısa formatda Ermənistana dəvət etmək niyyətindəyəm".
Simonyan Azərbaycana səfərə dəvət alıb-almadığını soruşduqda isə “yox” cavabını verib.
Simonyan bildirib ki, Azərbaycanın 2026-cı ilin mayında İrəvanda keçiriləcək Avropa Siyasi Birliyinin (APC) sammitində iştirakdan imtina etməsi Ermənistanla bağlı deyil.
"Xanım Qafarova xahiş etdi ki, görüşümüz zamanı prezidentin adından bunun erməni tərəfinə heç bir aidiyyəti olmadığını çatdırım", - Simonyan bildirib.
Tehsil-press.az












