Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyev Sərəncamı ilə Teymur Mehdiyev fövqəladə hallar nazirinin müavini vəzifəsindən azad edilib.Teymur Ramiz oğlu Mehdiyevin dosyesini təqdim edirik:
Teymur Ramiz oğlu Mehdiyev 25 iyun 1975-ci il tarixində Gürcüstan Sovet Sosialist Respublikasının Abxaziya MSSR-nın Suxumi şəhərində anadan olub. 1982-ci ildən 1992-ci ilə qədər Bakı şəhərində 134 № li orta məktəbdə təhsil alıb.1992-ci ildə Bakı Dövlət Universitetinin Hüquq fakültəsinə daxil olub və 1997-ci ildə həmin Universiteti bitirib.
1997–1999-cu illərdə Azərbaycan Respublikası Milli Təhlükəsizlik Nazirliyində çalışıb. 1999–2001-ci illərdə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyində, 2001–2004-cü illərdə Xarici İşlər Nazirliyində çalışıb.
2004–2006-cı illərdə Azərbaycan Respublikası Gənclər, İdman və Turizm nazirinin müavini, 2006–2011-ci illərdə isə Azərbaycan Respublikası mədəniyyət və turizm nazirinin müavini, 2011–2014-cü illərdə isə Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti rəisinin birinci müavini vəzifələrində işləyib.
2011-ci ildə ona III dərəcəli dövlət miqrasiya xidməti müşaviri ali xüsusi rütbəsi verilib.
Azərbaycan Respublikası Prezidentinin 5 may 2014-cü il tarixli Sərəncamı ilə Azərbaycan Respublikası fövqəladə hallar nazirinin müavini təyin edilib və general-mayor ali hərbi rütbəsi verilib.
Dövlət başçısının 14 dekabr 2018-ci il tarixli Sərəncamı ilə 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif edilib.
Tehsil-press.az














