Müğənni Zenfira İbrahimova "Toyda oxumaq qadın sənəti deyil” deyən əməkdar artist Mətanət İsgəndərlinin fikirlərinə münasibət bildirib.Sənətçi həmkarının fikirləri ilə razılaşmadığını bildirib.
Zenfira bildirib ki, onun anasının da gözəl səsi olub:
"Mən bu fikirlə razılaşmıram, tamamilə səhv düşüncədir. Əvvəllər xanım ifaçılara qadağalar var idi. Mən öz anamdan bəhrələnən səntçiyəm. Zamanında mənim anam İncəsənət Universitetinə daxil olmuşdu, gözəl səsi var idi. Amma qardaşları icazə vermədiyi üçün oxuya bilməmişdi. O zəmanəyə görə qadının ifa etməsi qəbuledilməz idi. Mətanət xanımın özünü gözümüzü açıb səhnədə görmüşük. Qadınlar bu işi bəzi kişi müğınnilərdən daha yaxşı edirlər. Ağır sənətdir bəli, amma öhdəsindən gəlirik".
Tehsil-press.az








