Bu ölkədə qar səbəbilə minlərlə aviareys təxirə salındı

Bu ölkədə qar səbəbilə minlərlə aviareys təxirə salındı Çində minlərlə aviareys təxirə salınıb.
Buna səbəb ölkənin şimalına təsir edən soyuq dalğa və qar yağışı olub.
Bildirilib ki, dünən ölkə daxilində planlaşdırılan 16 min uçuşdan 4 min 333-ü ləğv edilib.
4 min 191 daxili, 142 beynəlxalq reys isə pis hava şəraiti səbəbindən yerinə yetirilməyib.
Çin Meteorologiya İdarəsi bütün ölkəni əhatə edən soyuq dalğa ilə əlaqədar “narıncı həyəcan” elan edib.
Çinin 4-mərhələli soyuq hava xəbərdarlığı sistemində “narıncı” siqnalın ikinci səviyyəsini təmsil edir. Təcililik sırasına görə, “qırmızı” ən yüksək səviyyə hesab olunur, ondan sonra “narıncı”, “sarı” və “mavi” gəlir.

Tehsil-press.az




Oxşar xəbərlər