"Elektron siqaret məni xərçəng xəstəsi etdi" - Pekkandan xəbərdarlıq

Türkiyənin məşhur pop müğənnisi Ajda Pekkanın bacısı Semiramis Pekkan bir müddət əvvəl ağciyər xərçənginə tutulduğunu açıqlayıb.

Itini gəzdirərkən yıxılaraq xəstəxanaya yerləşdirildikdən sonra aparılan analizlər onun ağciyərində kütlə aşkarlayıb.

Xərçəng xəstəliyindən müalicə alan Pekkan xəstəliyinin səbəbinin tütün istifadəsi olduğunu vurğulayaraq, gənclərə mühüm xəbərdarlıqlar edib.

Semiramis Pekkan elektron siqaretin təhlükələri ilə bağlı bunları deyib:

"Heç kim elektron siqaret tüstüsünün iy vermədiyini düşünməsin. Bu, çox zərərlidir. Gənc dostlarım heç vaxt tütündən istifadə etməməlidirlər! Elektron siqaret adlandırdıqları və daha az zərərli olduğunu iddia etdikləri bu cihazlar məni məhv etdi. Əvvəllər etdiyim bu vərdişin əvəzini ödəyirəm. Başlayanda normal görünürdü, zərərini bilmirdim. Amma indi zərərini açıq şəkildə görürəm".

Tehsil-press.az

Oxşar xəbərlər