Kampaniyaya uyğun olaraq 28 mart saat 20:30-dan başlayaraq BDU-nun tədris korpusunda işıqlar bir saatlıq söndürülüb.
Qeyd edək ki, bu il dünyada “Yer saatı”nın 20 illiyi qeyd olunur. Azərbaycan bu qlobal kampaniyanı dəstəkləyən ölkələrin siyahısına 2011-ci ildə qoşulub. O vaxtdan bəri ölkəmizdə kampaniya hər il IDEA-nın dəstəyi ilə keçirilir. Dünyada ətraf mühitə həsr olunmuş ən böyük hərəkat olaraq “Yer saatı” milyonlarla insanı iqlim dəyişikliyinin dayandırılması uğrunda səfərbər edir.
Tehsil-press.az
















