İranın raketləri haradan çıxır? - Amerikalı hərbçi açıqladı

İranın raketləri haradan çıxır? - Amerikalı hərbçi açıqladı İran öz raket arsenalının əhəmiyyətli hissəsini elə dərin və möhkəm yeraltı bunkerlərdə gizlədir ki, bu obyektlər qarşısında hətta ABŞ-ın ən güclü bombaları belə təsirsiz qalır.

Bu barədə "BILD" nəşri ABŞ rəsmilərinə istinadən yazır. Məlumata görə, Vaşinqton yalnız İranın nəhəng raket arsenalı və infrastrukturunun təxminən üçdə birinin məhv edildiyini dəqiqliklə təsdiqləyə bilir. Bu isə o deməkdir ki, Tehran hələ də böyük həcmdə raket ehtiyatını saxlayır və zədələnmiş obyektləri münaqişədən sonra bərpa etmək potensialına malikdir.

Hərbi ekspertlər xüsusilə İranın yeraltı hərbi komplekslərinə diqqət çəkirlər. ABŞ eksperti Lounun sözlərinə görə, söhbət adi bunkerlərdən getmir. Məsələn, İranın mərkəzində, Yəzd əyalətində yerləşən və Şirkuh dağının qranit qatlarının dərinliyində inşa edilmiş “İmam Hüseyn” bazası əsl “dağ qalası” hesab olunur. Dünyanın ən sərt süxurlarından biri olan qranitin 440 metrlik qalın təbəqəsi partlayış dalğasını tam udur və onu hədəfə çatmadan zəiflədir.

Ekspert bildirir ki, ABŞ-ın ən güclü bunkerdağıdan bombası — GBU-57 Massive Ordnance Penetrator — belə qranit qatına cəmi 6–10 metr nüfuz edə bilir. Halbuki İranın əsas raket obyektləri 500 metrdən artıq dərinlikdə yerləşir. Bu səbəbdən həmin bazalar ölkənin strateji təhlükəsizliyinin əsas təminatı sayılır və onilliklər ərzində qurulub.

Belə şəraitdə ABŞ üçün mümkün variantlardan biri bu obyektlərin girişlərini hədəfə alaraq müvəqqəti bloklama yaratmaqdır.

Məlumata görə, bu yeraltı komplekslər daxilində avtomatlaşdırılmış “gizli metro” sistemini xatırladan dəmir yolu şəbəkəsi fəaliyyət göstərir. Bu sistem raketlərin yığılması sahələrini, böyük sursat anbarlarını və dağın müxtəlif tərəflərinə açılan çoxsaylı çıxışları birləşdirir. Burada yerləşən buraxılış qurğuları sürətlə üzə çıxaraq raket buraxa, sonra isə saniyələr içində yenidən qalın zirehli qapıların arxasında gizlənə bilir.

Ekspertlərin fikrincə, bu cür yeraltı “dağ qalaları” mövcud olduqca İran həm raket buraxmaq, həm də hərbi-strateji davamlılığını qorumaq imkanını saxlayacaq.

Tehsil-press.az

Oxşar xəbərlər