Azərbaycan Universitetində ABŞ Səfirliyinin nümayəndələri ilə görüş keçirilib
Azərbaycan Universitetində Amerika Birləşmiş Ştatlarının (ABŞ) səfirliyinin nümayəndələri ilə görüş keçirilib. Görüşdə Azərbaycan Universitetinin rektoru, filologiya üzrə fəlsəfə doktoru Səadət Əliyeva, rektorun müşaviri, Beynəlxalq Magistratura və Doktorantura Mərkəzinin direktoru Nüşabə Quliyeva, Xarici dillər kafedrasının müdiri Aygün Qasımova, Beynəlxalq əlaqələr şöbəsinin müdiri Elmira İsmayılova, səfirliyin mətbuat katibi Anthony Dean Tranchina, ingilis dili proqram koordinatoru Səbinə Abdullayeva və Fulbrayt (Fulbright) proqramının ingilis dili tədrisi üzrə assistenti Johnae Spain iştirak ediblər.
Görüşdə ABŞ və Azərbaycan arasında təhsil və mədəniyyət sahəsində həyata keçirilən beynəlxalq layihələr, təcrübə və mübadilə proqramları həmçinin, qarşılıqlı maraq doğuran digər mövzular müzakirə olunub, səfirlik və universitet arasında əməkdaşlıq və akademik əlaqələrin inkişaf etdirilməsi istiqamətində fikir mübadiləsi aparılıb.
Görüşün sonunda tərəflər qarşılıqlı əlaqələrin davamlı şəkildə inkişaf etdirilməsi barədə niyyətlərini ifadə ediblər.
Qeyd edək ki, Johnae Spain cari tədris ilinin payız semestrində ABŞ hökumətinin maliyyələşdirdiyi “Fulbright” beynəlxalq mübadilə proqramı çərçivəsində Azərbaycan Universitetinin pedaqoji heyətinə qoşulub və Xarici dillər kafedrasında müəllim assistenti kimi çalışır.
Tehsil-press.az
- Baxış: 126
Xəbərin tarixi: 29.12.2025 / 22:01
-
Oxşar xəbərlər