Bu sözləri Prezident İlham Əliyev yerli televiziya kanallarına müsahibəsində deyib.
İrəvan Trampın adını daşıyan yolun açılmasından boyun qaçıra bilərmi?
“Zəngəzur dəhlizi artıq regional və beynəlxalq reallıq kimi qəbul edilməlidir. Cənab Prezidentin yanvarın 5-də yerli televiziya kanallarına müsahibəsində açıq şəkildə vurğuladığı kimi, bu layihənin reallaşması faktiki olaraq həll olunmuş məsələdir və onun icrasından imtina cəhdləri Ermənistan üçün ciddi siyasi və iqtisadi nəticələr doğura bilər”.
Bu sözləri Milli Məclisin deputatı Vüqar İskəndərov deyib.
Deputat bildirib ki, indiki halda Ermənistanın hakim dairələrinin bu dəhlizin işə düşməsini ləngitmək məqsədilə hansısa oyunlara, hansısa manevirlərə baş vurması Ermənistan üçün ağır nəticələrə səbəb olacaq: “Xüsusilə nəzərə almaq lazımdır ki, söhbət artıq yalnız regional kommunikasiya xəttindən deyil, beynəlxalq siyasi simvolika qazanan strateji nəqliyyat yolundan gedir. ABŞ Prezidenti Donald Trampın adını daşıyan bu yol qlobal diqqət mərkəzindədir və bu fakt Ermənistanın manevr imkanlarını minimuma endirir. Belə bir şəraitdə rəsmi İrəvanın bu prosesdən boyun qaçırması, əslində, Ermənistanın bir dövlət kimi özünü beynəlxalq layihələrdən və regional əməkdaşlıq imkanlarından təcrid etməsi anlamına gələr.
Düşünürəm ki, Ermənistanın hakim dairələri yaxşı-yaxşı düşünməli, necə deyərlər “odla oynamamalı”dırlar”.
Tehsil-press.az









