16 ildir rayona rəhbərlik edən 80 yaşlı icra başçısı

16 ildir rayona rəhbərlik edən 80 yaşlı icra başçısı Azərbaycanda hazırda vəzifədə olan ən yaşlı icra başçısı Mübariz Əhmədzadədir. O, Zaqatala rayon İcra Hakimiyyətinin başçısı vəzifəsini icra edir.

Mübariz Əhmədzadə 1947-ci il yanvarın 15-də Qax rayonunun Qaxmuğal kəndində anadan olub və bu gün 80 yaşına qədəm qoyub.

Mübariz Əhmədzadə 2009-cu ildən etibarən Zaqatala rayonuna rəhbərlik edir. O, bu vəzifəyə təyin olunmazdan əvvəl 2007–2009-cu illərdə Qax rayon İcra Hakimiyyətinin başçısı olub.

Qeyd edək ki, Mübariz Əhmədzadə Baş nazirin köməkçisi vəzifəsində çalışan Əhməd Əhmədzadənin qardaşıdır.

Tehsil-press.az

Oxşar xəbərlər