Masallıda şəhid atası maşınla adam vurdu - Ölən qazi atasıdır

Masallıda şəhid atası maşınla adam vurdu - Ölən qazi atasıdır Ötən gün Masallı rayonunda piyada ölümü ilə nəticələnən qəza baş verib.

Hadisə rayonun Çaxırlı kəndi ərazisində qeydə alınıb.

Belə ki, 1979-cu il təvəllüdlü Zahid İbrahimov idarə etdiyi “VAZ 2106” markalı avtomobillə piyada 1961-ci il təvəllüdlü Həsənalı Abbasovu vurub.

Piyada aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Araşdırma aparılır.

Sürücünün Vətən müharibəsi şəhidi Ziya Gözəlovun atası, ölənin isə qazi atası olduğu bildirilir.

Tehsil-press.az

Oxşar xəbərlər