Bakıda “Niva” travmatoloqu vurub öldürdü

Bakıda “Niva” travmatoloqu vurub öldürdü Bakıda avtomobil piyadanı vurub öldürüb.
Yol-nəqliyyat hadisəsi paytaxtın Yasamal rayonunda qeydə alınıb.
N.Nərimanov küçəsi ilə hərəkətdə olan “Niva” markalı avtomobil yol keçən piyadanı vurub. Şəxsiyyəti məlum olmayan piyada aldığı xəsarətlərdən hadisə yerində keçinib.
Polis faktı araşdırır.
***
Bakıda “Niva” markalı avtomobilin vurub öldürdüyü piyadanın şəxsiyyəti müəyyənləşdirilib.
Ölən piyada Elmi Tədqiqat Travmatologiya və Ortopediya İnstitutunun həkim-travmatoloqu, 1938-ci il təvəllüdlü İsmayılov Nadir İsmayıl oğludur.
Hadisə paytaxtın N.Nərimanov küçəsində baş verib.

Tehsil-press.az

Oxşar xəbərlər