
Bildirilib ki, Türk Dünyası Araşdırmaları Beynəlxalq Akademiyası türk elmini, dilini, mədəniyyətini, tarixini türk dünyasında və türk xalqlarının yaşadığı ölkələrdə öyrənmək, araşdırmaq və yaymaq üçün yaradılan beynəlxalq elmi qurumdur. Yarandığı gündən bəri dünyanın 30-dan çox ölkəsindəki məşhur universitetlər, elmi-tədqiqat institutları, akademiyalar və digər elm və təhsil qurumları ilə əməkdaşlıq əlaqələri yaradıb.
Akademiyanın ABŞ, Fransa, İtaliya, İngiltərə, Almaniya, Belçika, Rumıniya, İsveçrə, Hollandiya, Azərbaycan, İran, Rusiya, Suriya, İordaniya, Misir, Ukrayna, İraq, Türkmənistan, Özbəkistan, Qazaxıstan, Qırğızıstan, Bolqarıstan, Moldova, Makedoniya, Yunanıstan və Çin kimi ölkələrdə rəsmi nümayəndəliyi var.
Tehsil-press.az