BDU-nun “İlin gənc alimi” müsabiqəsinin nəticələri açıqlanıb

BDU-nun “İlin gənc alimi” müsabiqəsinin nəticələri açıqlanıb Bakı Dövlət Universitetində (BDU) 2 Fevral – Azərbaycan Gəncləri Gününə həsr olunmuş “İlin gənc alimi” müsabiqəsinin nəticələri açıqlanıb.
Müsabiqə komissiyasının qərarına əsasən, universitetin Sənaye kimyası elmi-tədqiqat laboratoriyasının müdiri Ələkbər Hüseynzadə təbiət və texnika elmləri üzrə, Kitabxana-informasiya resurslarının idarə edilməsi kafedrasının III kurs doktorantı Hacı Qasımlı isə humanitar və ictimai elmlər üzrə ən yüksək nəticə göstərərək “İlin gənc alimi” seçiliblər.
Universitetin yüksək elmi nəticələri ilə seçilən daha iki əməkdaşı - Nanomaterialların kimyəvi fizikası kafedrasının baş müəllimi Lalə Qəhrəmanlı və Pedaqogika kafedrasının laborantı Nərminə Mirzəliyeva həvəsləndirici hədiyyə ilə təltif olunub.
BDU dörd ildir ki, 2 Fevral – Azərbaycan Gəncləri Günü münasibətilə “İlin gənc alimi” müsabiqəsini keçirir. Müsabiqənin məqsədi BDU-nun yaşı 35-ə qədər, il ərzində aktiv fəaliyyət göstərərək yüksək elmi nəticələrə nail olan magistrant, doktorant və əməkdaşlarının mükafatlandırılmasıdır.

Tehsil-press.az


Oxşar xəbərlər