
Bu sözləri müğənni Natavan Həbibi "Xəbərin var?" proqramında qonaq olarkən deyib.
Sənətçi ayrıldığı həyat yoldaşı, reper Dado (Səid Əliyev) ilə münasibətərindən danışıb:
"Dado ilə münasibətlərimizdə artıq o nöqtəyə gəlib çatmışıq ki, bölüşməyə, araşdırmağa da, bir-birimizi günahlandırmağa da bir şeyimiz yoxdur. Bizdə hər şey aydındır. Ona görə biz əl-ələ verib yavaş-yavaş uşağımızı böyüdürük. Övladımıza gözəl şeylər yaşatmağa çalışırıq. Oğlumuz bizim münasibəti gözəl görməlidir ki, biz bir-birimizə hörmətlə baxa bilək. Təki belə də davam olsun".
Tehsil-press.az