Xırdalan şəhər 1 nömrəli tam orta ümumtəhsil məktəbindən bildirilib ki, məlumatlar həqiqəti əks etdirmir.
Qeyd edilib ki, sosial şəbəkələrdə yayılan görüntülərdə əks olunan ərazi Xırdalan şəhər 1 nömrəli tam orta ümumtəhsil məktəbinin ərazisi deyil: “Hadisə təhsil müəssisəsində tədris prosesinin aparılmadığı vaxtda baş verib. Məsələ ilə bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır. Uşaqların yeniyetməlik dövründə olduğunu nəzərə alaraq ictimaiyyətdən bu mövzuda həssas davranmalarını, sosial şəbəkələrdə yayılan təsdiqlənməmiş məlumatlara deyil, yalnız rəsmi qurumların açıqlamalarına istinad etmələrini xahiş edirik”.
Tehsil-press.az









