
Bunu Tehsil-press.az-a Səhiyyə Nazirliyindən sosial şəbəkələrdə Azərbaycana küləklə birlikdə donuz qripi virusunun gəlməsi barədə yayılan məlumatlara münasibət bildirərkən deyiblər.
Nazirlik qeyd edir ki, ümumtəhsil müəssisələrində dərslərin dayandırılması Ekologiya və Təbii Sərvətlər Nazirliyinin havanın kəskin şəkildə dəyişməsi barədə verdiyi xəbərdarlıqla əlaqəlidir:
"Vətəndaşlardan xahiş olunur ki, təxribata uymasınlar. Ölkədə epidemioloji durum tam nəzarət altındadır".
Tehsil-press.az