Bu barədə “The Guardian”nın müxbiri Yakub Krupan paylaşım edib.
O, heyranlığını gizlədə bilmədiyini bildirib:
“Xüsusi qeyd etmək istəyirəm: Vens Ermənistan hava limanına çatdıqdan dərhal sonra onun üçün sərilmiş bu heyrətamiz xalçaya baxa bilərsinizmi? Təəssüf ki, bütün hekayəni bilmirəm. Bilirsinizsə, paylaşın. Amma sadəcə bu gözəlliyə baxın”.
Qeyd edək ki, Vensin təyyarəsi 9 fevralda İrəvanın Zvartnots hava limanına eniş edib. ABŞ vitse-prezidentini Ermənistan Milli Assambleyasının sədri Alen Simonyan və İrəvan meri Tiqran Avinyan qarşılayıblar. Venslə Ermənistanın Baş naziri Nikol Paşinyan arasında keçirilən görüşdə iki ölkə arasında nüvə enerjisindən dinc məqsədlərlə istifadə sahəsində əməkdaşlıq haqqında bəyanat imzalanıb.
Tehsil-press.az












