
Baydeni daşıyan prezident təyyarəsi Səudiyyə Ərəbistanının Ciddə şəhərindəki Kral Əbdüləziz Beynəlxalq Hava Limanına enib.
ABŞ Prezidentini hava limanında Məkkə əmiri şahzadə Xalid əl-Feysəl və Səudiyyə Ərəbistanının Vaşinqtondakı səfiri Rima bint Bəndər Əl Səud qarşılayıblar.
Qeyd edək ki, Bayden 20 yanvar 2021-ci ildə vəzifəyə gəldikdən sonra ilk dəfə Səudiyyə Ərəbistanına səfər edir. Co Bayden Ər-Riyad Administrasiyasının hava məkanını İsrail də daxil olmaqla bütün mülki uçuşlar üçün açmaq qərarından sonra Tel-Əvivdən birbaşa Səudiyyə Ərəbistanına uçan ilk ABŞ Prezidenti oldu.
Tehsil-press.az