"Ölkəmizdə fəaliyyət göstərən ixtisaslaşmış məhkəmələrlə Azərbaycan Respublikasının Vəkillər Kollegiyası üzvlərinin ilk dialoq platforması çox uğurlu və faydalı keçdi".Bunu Vəkillər Kollegiyasının sədri Anar Bağırov bildirib.
“Azərbaycan Respublikasının Ali Məhkəməsinin sədri hörmətli İnam Kərimovun təşəbbüsü ilə keçirilən Femida Dialoq platformasının məntiqi davamı olan bu görüşün əsas təşəbbüskarı Bakı Kommersiya Məhkəməsinin sədri hörmətli İlham Əhmədova və Kollegiyanın Biznes Hüququ Komitəsinin sədri hörmətli Nazli xanım Əhmədovaya görüşün yüksək səviyyədə təşkili üçün dərin minnətdarlığımı bildirirəm. Əminəm ki, bu cür görüşlər hakim-vəkil münasibətlərinin daha da sağlam, ədalət mühakiməsinin və müdafiə institutunun isə daha da güclü, əlçatan, şəffaf və peşəkar olmasına böyük töhfə verəcəkdir. Bu formatın davamlı olmasını və ölkəmizdə fəaliyyət göstərən digər məhkəmələrlə də keçirilməsini təklif edirəm", - deyə sədr qeyd edib.
Tehsil-press.az


.jpg)








