Parlament Vəkillər Kollegiyası sədri seçimi ilə bağlı dəyişikliyi qəbul etdi

Parlament Vəkillər Kollegiyası sədri seçimi ilə bağlı dəyişikliyi qəbul etdi Vəkillər Kollegiyası Rəyasət Heyətinin sədrinin seçilməsi sahəsində məhdudiyyət ləğv olunur.

Bu, Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan “Vəkillər və vəkillik fəaliyyəti haqqında” qanuna təklif edilən dəyişiklikdə əksini tapıb.

Layihəyə əsasən, iki dəfədən artıq təkrarən Vəkillər Kollegiyası Rəyasət Heyətinin sədri seçilə bilmək məhdudiyyəti götürülür.

Qanun layihəsi səsverməyə çıxarılaraq üçüncü oxunuşda qəbul edilib.

Tehsil-press.az

Oxşar xəbərlər