
Şəhər Ağsaqqallar Şurasının hesabat toplantısında bu barədə məsələ qaldırılıb.
Belə ki, Mingəçevir Şəhər Ağsaqqallar Şurasının keçirilən hesabat yığıncağında gündəmdə olan məsələlərdən biri də ehsan məclislərinin Mingəçevirdə qadağan olunması ilə bağlı səsləndirilən təklif və fikirlər olub.
Qeyd olunub ki, ən yaxın günlərdə Mingəçevir şəhər rəhbərliyi, dini icma və Ağsaqqallar Şurası tərəfindən bu qaydanın tətbiqi ilə bağlı müvafiq qərar çıxarılacaq.
Xatırladaq ki, oxşar qayda bir müddət əvvəl Sabirabad rayonunda tətbiq olunub.
Tehsil-press.az