Azərbaycan Dövlət Neft və Sənaye Universiteti publik hüquqi şəxsə çevrildi

Azərbaycan Dövlət Neft və Sənaye Universiteti publik hüquqi şəxsə çevrildi Azərbaycan Dövlət Neft və Sənaye Universiteti publik hüquqi şəxsə çevrildi.
Bu barədə Baş nazir Əli Əsədov “Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin yenidən təşkili və Nizamnaməsinin təsdiq edilməsi haqqında” qərar imzalayıb. Qərara əsasən, Azərbaycan Dövlət Neft və Sənaye Universiteti Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin tabeliyində publik hüquqi şəxs statusuna malik olan Azərbaycan Dövlət Neft və Sənaye Universitetinə çevrilmə yolu ilə yenidən təşkil edilir.
Elm və Təhsil Nazirliyi bu Qərar qüvvəyə mindiyi tarixdən 3 gün müddətində Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq zəruri tədbirlərin görülməsini təmin edəcək.

Tehsil-press.az



Oxşar xəbərlər