
Mərasimdə BDU THİK-in sədri Zöhrab Cavadzadə Dayanıqlı İnkişaf Məqsədləri ilə bağlı ətraflı məlumat verərək, Azərbaycanın bu sahədə gördüyü işlərə toxunub.
BDU rektorunun keyfiyyət təminatı üzrə müşaviri Asiman İlyasov, Humanitar məsələlər və gənclər siyasəti şöbəsinin müdiri Ramin Səmədov, Ekologiya və torpaqşünaslıq fakültəsinin Coğrafi ekologiya kafedrasının müdiri Məhluqə Yusifova, Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında İctimai Şuranın sədri Amin Məmmədov öz çıxışlarında
2015-ci ildə BMT tərəfindən müəyyən edilmiş DİM-lərin yoxsulluq, bərabərsizlik, iqlim dəyişikliyi və keyfiyyətli təhsil kimi qlobal problemləri həll etmək üçün universal bir çağırış olduğunu bildiriblər. Qeyd olunub ki, BDU innovasiya, elm və tədris mərkəzi kimi Dayanıqlı İnkişaf Məqsədlərinin milli səviyyədə inkişafında və təbliğində mühüm rol oynayır.
Qeyd edək ki, aprelin 11-dək davam edəcək "Dayanıqlı İnkişaf Məqsədləri həftəsı" çərçivəsində "Sağlamlıq və rifah", "Keyfiyyətli təhsil", "İqlim dəyişikliyinə qarşı mübarizə", "Dayanıqlı şəhərlər və icmalar", "Bərabərsizliyin azaldılması" məqsədləri ilə bağlı təlimlər, seminarlar, interaktiv oyunlar keçiriləcək.
Tehsil-press.az