Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Polimer Materialları İnstitutunda doktorant və dissertantların attestasiyası keçirilib. İnstitutun baş direktoru AMEA-nın müxbir üzvü, kimya elmləri doktoru, professor Bəxtiyar Məmmədovun müvafiq əmrinə əsasən 7 nəfərdən ibarət attestasiya komissiyası yaradılıb. Attestasiyada fəlsəfə doktoru hazırlığı üzrə 1 doktorant və 2 dissertant, elmlər doktoru hazırlığı üzrə 3 dissertant iştirak edib. İl ərzində apardıqları elmi-tədqiqat işlərinin hesabatları dinlənilib, onlara məsləhətlər verilib.
Sonda komissiyanın qərarı ilə doktorant və dissertantların fəaliyyəti müsbət qiymətləndirilib.
Tehsil-press.az








