Bu gün Ramazan bayramıdır

Bu gün Ramazan bayramıdır Bu gün və sabah Azərbaycanda Ramazan bayramıdır.
Qafqaz Müsəlmanları İdarəsindən (QMİ) bildirilib ki, bayram namazı bəzi məscidlərdə aprelin 21-i saat 8:00-da, bəzilərində isə 9:00-da qılınacaq.
Qeyd edək ki, bu il Azərbaycanda Ramazan ayı martın 23-də başlayıb. Ramazan bayramı ilə əlaqədar 4 gün - aprelin 21, 22, 23 və 24-də qeyri-iş günü olacaq.

Tehsil-press.az


Oxşar xəbərlər