Şəmkirdə gənc oğlan qətlə yetirən şəxs tutulub.Şəmkir rayon polis şöbəsinin əməkdaşlarının keçirdikləri müvafiq tədbirlər nəticəsində Şəmkir rayon sakini, 19 yaşlı Ramal Quliyevi kəsici-deşici alətlə qətlə yetirməkdə şübhəli bilinən 16 yaşlı F. Paşazadə saxlanılıb.
09:40
Şəmkirdə 19 yaşlı gənc qətlə yetirilib.
Hadisə rayonun Kür qəsəbəsində baş verib.
Belə ki, 2007-ci il təvəllüdlü R.Quliyev qəsəbə ərazisində bıçaqlanıb. 19 yaşlı gənc oğlan xəstəxanaya aparılarkən yolda ölüb. Hadisə yerinə polis əməkdaşları cəlb edilib.
Faktla bağlı araşdırma aparılır.
Tehsil-press.az







