“Vəzifəyə ona-buna yaltaqlanmaqla sahib olublar” – ŞOK AÇIQLAMA

“Vəzifəyə ona-buna yaltaqlanmaqla sahib olublar” – ŞOK AÇIQLAMA “İndi nədənsə çoxları kinodan danışır, ən çox da kinomuzun məhv olmasından söhbət açır. İndiyədək haradaydınız? Pasim Balayevin həyatdan getməsi xatırlatdı sizə kinonu?”.

Bu açıqlama ilə yazıçı, publisist, sabiq millət vəkili, Türkiyə Cümhuriyyətinin İstanbul şəhərində Azərbaycan Respublikasının sabiq Baş konsulu Xeyrəddin Qoca çıxış edib.

O, tənqidi fikirlərini belə davam etdirib:

“Yeri gəlmişkən, biz də bir-iki fikir söyləyək. Kinomuzun gələcəyinin ürəkaçan olmayacağı fikrindəyik. Həm də bu maliyyə-filanla bağlı deyil. Maliyyə olsa belə, çətin olacaq. Niyə? Tanıdığımız güclü ssenaristlərin, kino aktyorlarının, rejissorların çoxu həyatda deyil. İndikilərin yazdıqları cızma-qaraları isə televiziya ekranlarında nümayiş etdirirlər. Onların hamısını toplasaq "Nəsimi"nin, "Babək"in, "Böyük dayağ"ın, burada adlarını sadalamadığımız çoxlu filmlərin bir süjetinə dəyməz!

Bir də dəxli olmayan adamların məqalələrində Kinomotoqrafçılar İttifaqının sədrinin kim olacağı mübahisə mövzusuna çevrilib! Biri yazır "filankəs qocalıb, ondan olmaz", biri deyir, "filankəs olacaq", bir başqası yazır "filankəsln yeri deyil" və s.

Bunlardan bir soruşan yoxdur ki, a kişilər, sizi nə maraqlandlrır, işiniz-gücünüz qurtarıb?

Bir sözlə, kino haqqında, onun gələcəyi haqqında kino xadimləri, mədəniyyət adamları danışsalar, yazsalar yaxşıdır...

Mən FB-də də görürəm, heç bir haqqı olmayan adamlar xalqa yol göstərirlər, "ağıl" verirlər! Nə var, nə var, balaca bir vəzifəsi var! Danışıqlarından simasızlıq, yaltaqlıq tökülür! Vəzifəyə də ona-buna yaltaqlanmaqla sahib olublar! Yaxşı ki, insanlar belələrini tanıyırlar! Axı, biz çox da böyük olmayan bir ölkədə yaşayırıq... Buna baxmayaraq, bəziləri müharibə aparan ölkələrə də "yol" göstərirlər, hərbə-zorba gəlirlər!

Hərə öz işi ilə məşğul olsa, nə olar?”

Tehsil-press.az

Oxşar xəbərlər