Subasmaya səbəb kollektorun üstündə tikilən ev imiş- Sökülməldir

Subasmaya səbəb kollektorun üstündə tikilən ev imiş- Sökülməldir Məlumat verildiyi kimi, Nizami rayonu Keşlə qəsəbəsində kollektorda yaranmış nasazlıq səbəbindən bəzi evlər subasmaya məruz qalıb.

Subasmaya səbəb uzun illər öncə Xətai rayonu Rəşid Bağırov 36/12b ünvanında kollektorun üzərində tikilən 2 mərtəbəli ev olub.

Belə ki, kollektorun üzərində tikilmiş evin xəttin üzərinə çökməsi nəticəsində borunun bir hissəsinin tutulması ilə yağış sularının kənarlaşdırılması problemi yaranıb.

Aidiyyəti qurumların mütəxəssislərinin rəyinə görə gələcəkdə belə halların digər ərazilərdə də təkrarlanmaması üçün qanunsuz inşa edilmiş evin təcili sökülərək xəttin bərpa edilməsi zəruridir.

Tehsil-press.az

Oxşar xəbərlər