Azərbaycan Güləş Federasiyasında iki istefa baş tutub.Baş katibin müavini Orxan Məmmədov qurumdan göndərilib.
Bundan başqa Azərbaycan çempionatlarının təşkilati işlərinin rəhbəri Namiq Qurbanov da vəzifəsindən ayrılıb.
Məlumatları federasiyadan saytımıza təsdiq ediblər (qafqazinfo).
Əslində, onların, xüsusən də Orxan Məmmədovun AGF-dən göndərilməsi qurumda aparılan islahatların nəticəsidir.
Azərbaycan güləş federasiyasına baş katib təyin olunan Pərvin Piriyev məhz araşdırdıqdan sonra O.Məmmədovu istefaya göndərib.
Azərbaycan güləşinin ən uğursuz dövrləri də məhz onun baş katib olduğu illərə təsadüf edib. Məhz O.Məmmədovun zamanında Azərbaycan güləşi enişə başladı.
Federasiyada çalışan bir çox məşqçilərlə isə problemlər yaşayırdı, onları komandalardan göndərirdi. Maraqlıdır ki, onun zamanından bir neçə idmançı da karyerasını başa vurmuşdu.
Tehsil-press.az







