Rusiya Federasiyası Baş nazirinin müavini Aleksey Overçuk Ermənistanın Avropa İttifaqına (Aİ) yaxınlaşma cəhdləri ilə bağlı rəsmi İrəvana növbəti və kifayət qədər sərt xəbərdarlığını ünvanlayıb. Overçuk bildirib ki, Ermənistanın Aİ-yə daxil olmaq istiqamətində atacağı addımlar onun Rusiya ilə olan nəqliyyat və hava əlaqələrinin tamamilə kəsilməsinə yol aça bilər.Rusiyalı rəsmi Ermənistan vətəndaşlarının bu qərarın doğura biləcəyi ağır nəticələrdən xəbərdar olmasının vacibliyini vurğulayıb: “Bu, bəlkə də çox sərt səslənir, lakin istəyirik ki, Ermənistanda insanlar başa düşsünlər. Əgər rəsmi İrəvan Aİ-yə yaxınlaşmaq qərarını qətiləşdirsə, Rusiya ilə hava əlaqəsinin dayandırılması bu seçimin qaçılmaz nəticələrindən biri olacaq”.
Overçukun bu bəyanatı Ermənistanın xarici siyasətində baş verən kəskin dəyişikliklər və Qərbə inteqrasiya cəhdləri fonunda Moskvanın İrəvana tətbiq edə biləcəyi iqtisadi və logistik təzyiq rıçaqlarının işarəsi kimi qiymətləndirilir. Kreml rəsmisi bir növ erməni xalqına mesaj verərək, Avropa seçiminin Rusiya ilə mövcud kommunikasiya xətlərinin itirilməsi bahasına başa gələcəyini diqqətə çatdırıb.
Tehsil-press.az







