Belə ki, gimnaziyanın ümumilikdə 33 şagirdi müxtəlif fənlər üzrə müsabiqədə fərqlənib. Uğur qazanan şagirdlərdən 14-ü riyaziyyat, 8-i kimya, 5-i təbiət elmləri, 3-ü fizika, 3-ü isə biologiya fənni üzrə yüksək nəticə göstəriblər.
Bu nəticələr şagirdlərin bilik və bacarıqlarının, eləcə də tədris prosesinin keyfiyyətinin göstəricisidir. Gimnaziyada yaradılan müasir tədris mühiti və müəllim heyətinin peşəkarlığı əldə olunan uğurlarda mühüm rol oynayır.
Tehsil-press.az








