Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Sumqayıt Dövlət Universitetinin Təbiət elmləri fakültəsinin Kimya ixtisası üzrə təhsil alan 357 saylı qrupunun tələbələri Polimer Materialları İnstitutunda istehsalat təcrübəsi keçirlər.Təcrübə prosesində iştirak edən tələbələr institutun Makromonomer əsaslı polimer materiallar laboratoriyası və Fiziki-kimyəvi analiz şöbəsində aparılan iş prosesi ilə əyani tanış olaraq peşəkar mütəxəssilərin təcrübələrindən yararlanmaq, bilik və bacarıqlarını artırmaq imkanı əldə edirlər. Onların nəzəri biliklərinin praktiki fəaliyyətdə tətbiqi, peşəkar vərdişlərinin formalaşması, iş həyatının incəliklərini və peşəkar mühiti öyrənmələrinə şərait yaradılır.
Tələbələrin təcrübə müddəti 24 may 2026-cı il tarixinə qədər davam edəcək.
Tehsil-press.az







