
Görüş zamanı iki universitet arasında potensial əməkdaşlıq imkanları və həyata keçiriləcək birgə proqramlar müzakirə edilib. Tərəflər təhsil və elmi tədqiqat sahələrində qarşılıqlı əlaqələrin genişləndirilməsi, tələbə və müəllim mübadiləsi, birgə elmi araşdırmaların aparılması istiqamətində fikir mübadiləsi aparıblar.
Rektor Elçin Babayev BDU-nun son illərdə əldə etdiyi uğurlar, beynəlxalq reytinqlərdə mövqeyinin yüksəlməsi, innovativ tədris metodlarının tətbiqi və elmi araşdırmalardakı nailiyyətlər barədə məlumat verib.
Vorvik Universitetinin nümayəndəsi Gareth Roberts iki universitet arasında mümkün əməkdaşlıq sahələri üzrə təkliflərini irəli sürərək, strateji tərəfdaşlığın inkişaf etdirilməsi üçün geniş imkanların mövcud olduğunu vurğulayıb.
Tehsil-press.az