Şəki-Zaqatalanın yüksək nəticə ilə fərqlənən ŞAGİRDLƏRİ

Şəki-Zaqatalanın yüksək nəticə ilə fərqlənən ŞAGİRDLƏRİ Ali təhsil müəssisələrinə qəbul imtahanlarının hər iki cəhdi yekunlaşıb.

Regionlar üzrə ümumi nəticəsi 680 baldan yuxarı olan abituriyentlərin siyahısını təqdim edirik.

Yüksək bal toplayanların siyahısı üçün Şəki-Zaqatala Regional Təhsil İdarəsinə müraciət etdik.

İdarədən bildirilib ki, Şəki rayon Orta Zəyzid kənd Asim Kamil oğlu adına 1 nömrəli tam orta məktəbin məzunu Abdulsəmədli Orxan Fəxri 700 bal toplayaraq ən yüksək nəticəni əldə edib.

Balakən, Şəki və Qəbələ rayonları üzrə yüksək bal toplayan abituriyentlər aşağıdakılardır:

Balakən şəhər Amin Novruzov adına humanitar və texniki təmayüllü liseyinin məzunu Məmmədov Şahin İmran - 695 bal;

Qəbələ rayonu Daşca kənd tam orta məktəbinin məzunu Mahmudova Səmra Xaqani qızı - 692,6 bal;

Qəbələ şəhər 4 nömrəli məktəbinin məzunu Ədilova Nurgül Fərman qızı- 684 bal;

Qəbələ rayonu Soltannuxa məktəbinin məzunu Baxışlı Şəfəq Mənsur - 684 bal;

Şəki rayon orta Zəyzid kənd Asim Kamil oğlu adına 1 nömrəli tam orta məktəbinin məzunu Mustafazadə Ümid İsmət- 683 bal;

Şəki şəhər Nizami Gəncəvi adına 7 saylı tam orta məktəbinin məzunu Əkbərova Nigar Murad qızı- 681,5 bal.

Tehsil-press.az

Oxşar xəbərlər