
Belə ki, Bakı şəhəri, 287 nömrəli “Zəkalar” liseyinin IX sinif şagirdi Fərhad İskəndər gümüş medal, Sumqayıt şəhəri, Təbiət elmləri təmayüllü gimnaziyanın X sinif şagirdi Davud Tarverdili və Bakı şəhəri, Fizika, riyaziyyat və informatika təmayüllü liseyin XI sinif şagirdi Yunis İsayev bürünc medal qazanıblar.
Qeyd edək ki, 2007-ci ildən etibarən Balkan Riyaziyyat Olimpiadasında iştirak edən məktəblilərimiz ümumilikdə 1 qızıl, 19 gümüş və 40 bürünc medal qazanıblar.
Tehsil-press.az