
Təlimdə şirkətin Ekologiya İdarəsinin əməkdaşları “Tullantıların idarə olunması” və “Enerji səmərəliliyinin artırılması” mövzularında təqdimatlarla çıxış ediblər. Qarşılıqlı fikir mübadiləsi şəraitində keçən təlimdə könüllülərə SOCAR-ın həyata keçirdiyi ekoloji layihələr haqqında ətraflı məlumat verilib. “Yaşıl Asan” və digər birgə layihələr barədə fikir mübadiləsi aparılıb, gələcəkdə əməkdaşlığın davam etdirilməsi qərara alınıb.
Tehsil-press.az