NDU-nun komandası “Eco Tech” komandası ölkəmizdə ilk dəfə keçirilən ekoloji hakatonda II yerin sahibi olub

NDU-nun komandası “Eco Tech” komandası ölkəmizdə ilk dəfə keçirilən ekoloji hakatonda II yerin sahibi olub Ali təhsil müəssisəsinin Memarlıq və Mühəndislik fakültəsinin müəllimi Hüseyn İmanov , Təbiətşünanslıq və Kənd Təsərrüfatı fakültəsinin Biologiya müəllimliyi ixtisası üzrə IV kurs tələbəsi Ülvi İsmayıllı, Tibb fakültəsinin Tibb ixtisası üzrə ll kurs tələbəsi Əli Ələkbərli və İqtisadiyyat və İdarəetmə fakültəsinin Marketinq ixtisası üzrə təhsil alan lll kurs tələbəsi Elsun Cəfərov iştirakı ilə “EcoTech” komandası “Tullantısız Dünya” proqramı çərçivəsində Azərbaycanda ilk dəfə tullantıların azaldılması üzrə “Recyclaton” hakatonunda iştirak edərək ll yerə layiq görülüb.
Qeyd edək ki, “İNNOLAND” İnkubasiya və Akselerasiya Mərkəzində baş tutan “Recyclaton” hakatonu Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin, “ASAN Könüllüləri” Təşkilatının və Coca-Cola Fondunun əməkdaşlığı, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin tərəfdaşlığı ilə həyata keçirilən “Tullantısız Dünya” layihəsi çərçivəsində ekoloji akaton müsabiqəsi keçirilib.
Nəzərinizə çatdıraq ki, hakatonun əsas məqsədi plastik tullantıların azaldılması istiqamətində innovativ təklif və həllər axtarışıdır. Bir aydır davam edən hakatonda yüzlərlə gənclər qatılıb və 197 ideyanı əhatə edən müraciətlərdə komandalar tullantıların azaldılması üçün süni intellektin, blokçeynin, kompleks sensorların iştirakı ilə həllərin hazırlanması, təkrar emal üçün yeni kimyəvi proseslərin tətbiqi, məlumatlandırma və təşviqat üçün mobil tətbiqlərin yaradılması istiqamətində təkliflər verib. Müraciətlər arasında ideyasının kreativliyi, orjinallığı, tətbiqolunma imkanları ilə fərqlənən 60 komanda yarımfinalda iştirak hüququ qazanıb.
Xatırladaq ki, 9 dekabr tarixində keçirilən hakatonun ilkin mərhələsində 150 komanda yarışıb və 10 komanda final mərhələsində iştirak etmə hüququ qazanıb. Naxçıvan Dövlət Universiteti “Eco Tech” komandası da hakatonun final mərhələsində iştirak edib.
10 dekabr 2022-ci il tarixində “İNNOLAND” İnkubasiya və Akselerasiya Mərkəzində baş tutacaq “Recyclaton” hakatonunun final mərhələsi keçirilib.
Müsabiqədə iştirak edən komandalar öz ideya konseptlərini peşəkar münsiflər heyəti qarşısında təqdim edib. Dəyərləndirmə nəticəsində ən yaxşı prototip təklif edən komandalara nominasiyalar üzrə 6000 AZN (I yer), 4000 AZN (II yer) və 3000 AZN (III yer) dəyərində pul mükafatı təqdim olunub.
Məlumat üçün onu da bildirək ki, 9-10 dekabr tarixlərində “İNNOLAND” İnkubasiya və Akselerasiya Mərkəzində baş tutan “Recyclaton” hakatonu Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin, “ASAN Könüllüləri” Təşkilatının və Coca-Cola Fondunun əməkdaşlığı, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin tərəfdaşlığı ilə həyata keçirilib.

Tehsil-press.az

Oxşar xəbərlər