Bu gün AŞ PA-da “Mədəniyyət və Demokratiya” adlı məruzə ətrafında aparılan müzakirələr zamanı çıxış edən millət vəkili Qənirə Paşayeva Azərbaycan və Türkiyə əleyhinə yalan və böhtanlarla dolu çıxış edən Ermənistan nümayəndə heyətinə sərt cavab verib.
Q.Paşayeva Ermənistanın işğal etdiyi Azərbaycan torpaqlarında azərbaycanlılara məxsus tarixi, mədəni, dini abidələri, məscidləri, qəbiristanlıqları dağıtması ilə bağlı geniş çıxış edib:
"İşğalçı Ermənistanın nümayəndə heyətinin üzvləri, xüsusilə nümayəndə heyətinin üzvü Zöhrabyan ölkəsinin işğal etdiyi Azərbaycan torpaqlarında törətdiyi vandalizm aktlarından danışsa, daha yaxşı olardı. Onun burada Azərbaycanla bağlı səsləndirdiyi bütün məlumatlar yalandır və həqiqətlə heç bir əlaqəsi yoxdur. Və belə vacib bir mövzunun müzakirəsi zamanı Ermənistan nümayəndə heyəti üzvlərinin, Zöhrabyanın ölkəm əleyhinə nifrət dolu çıxışına etiraz edir və kəskin qınayıram. Qeyd etmək istəyirəm ki Ermənistan işğal etdiyi Azərbaycan torpaqlarında azərbaycanlılara məxsus tarixi, mədəni, dini abidələri, məscidləri, qəbiristanlıqları məhv edərək azərbaycanlılara məxsus bütün izləri yox etməyə çalışır və bu, çox dəhşətlidir. Onlar Azərbaycan tarixi, mədəniyyəti ilə bərabər, dünya mədəniyyətinə də böyük zərbə vururlar və harada kimlər tərəfindən törədilməsinə baxmayaraq, Assambleyamız bu cür məsələlərə kəskin etiraz səsini ucaltmalı və bu kimi vandalizm aktlarını dayandırmağı tələb etməlidir, bunu törədənlərə qarşı ciddi mübarizə aparmalıdır. Əgər siz gerçəkləri video və foto görüntülərlə görmək istəyirsinizsə, mən onları sizə göstərə və təqdim edə bilərəm. Bir xalq başqa bir xalqın tarixinə, mədəniyyətinə sayğı göstərmirsə, sonrası bu kimi üzücü hadisələrlə nəticələnir. Mənim ölkəm Azərbaycan isə müxtəlif millətlərə və dinlərə məxsus insanların birgə mehriban yaşadığı bir ölkədir, mədəniyyətlər və sivilizasiyalararası dialoqa böyük önəm verir və bu istiqamətdə çoxlu sayda beynəlxalq tədbirlərə, forumlara, seminarlara ev sahibliyi edir".
Bu gün Azərbaycanın əsl mədəniyyətlərarası dialoq məkanına çevrildiyini deyən millət vəkili Q.Paşayeva həyata keçirilən işlər, multikulturalzm mərkəzinin yaradılması, həyata keçirilən layihələr barədə də geniş danışaraq Azərbaycanın bu məsələlərdə dünyada ən yaxşı örnək ölkələrdən biri olduğunu deyib. Millət vəkili Q.Paşayeva Azərbaycanın mədəniyyətlərarası dialoqla bağlı gördüyü böyük işlərin beynəlxalq təşkilatlar tərəfindən də hər zaman yüksək qiymətləndirdiyini vurğulayıb.
Tehsil-press.az