SOCAR qazma işlərini cüzi azaldıb

SOCAR qazma işlərini cüzi azaldıb 2016-cı ilin iyun ayı ərzində SOCAR tərəfindən (müştərək müəssisələr və əməliyyat şirkətləri istisna olmaqla) 10 787 metr qazma işi həyata keçirilib.

Tehsil-press.az SOCAR-ın saytına istinadən məlumat verir ki, bu sahədə görülmüş işlərin 9839 metri istismara, 948 metri isə kəşfiyyata aid olub.
Ümumiyyətlə, 2016-cı ilin yanvar-iyun aylarında SOCAR üzrə (müştərək müəssisələr və əməliyyat şirkətləri istisna olmaqla) 53 280 metr (ötən ilin analoji dövründə 53,44 min metr) qazma işi görülüb ki, bunun da 52 063 metri istismara, 1217 metri isə kəşfiyyata aid olub. Bundan əlavə, iyun ayı ərzində qazmadan alınmış 7, ilin əvvəlindən isə 26 yeni quyu tikinti ilə başa çatdırılaraq mədənçilərə təhvil verilib.


Tehsil-press.az

Oxşar xəbərlər