
SOCAR-ın mətbuat xidmətindən tehsil-press.az-a bildirilib ki, ''SOCAR PETROLEUM'' QSC-nin baş direktoru Toğrul Seyidov tədbir iştirakçılarını məntəqədə yaradılan şəraitlə, YDM-in strukturu, iş otaqları, eləcə də burada quraşdırılmış müasir avadanlıqlarla tanış edib. Bildirilib ki, yeni açılan məntəqədə nağdsız satış üçün POS-terminallar, “ASAN” ödəniş terminalı, ən son model Yaponiya istehsalı olan yanacaqpaylayıcı kalonkalar və avtomatika sistemi quraşdırılıb.
Tədbirin sonunda Rövnəq Abdullayev “SOCAR PETROLEUM” QSC-nin kollektivini yeni YDM-in istifadəyə verilməsi münasibətilə təbrik edərək, məntəqənin əməkdaşlarına uğurlar arzulayıb.
Tehsil-press.az