Azərbaycan nümayəndə heyəti ICAO-nun Avropa Bürosunun 70 illiyi ilə bağlı tədbirlərdə iştirak edib

Azərbaycan nümayəndə heyəti ICAO-nun Avropa Bürosunun 70 illiyi ilə bağlı tədbirlərdə iştirak edib Parisdə Beynəlxalq Mülki Aviasiya Təşkilatının (ICAO) Avropa/ Şimali Atlantika Bürosunun yaradılmasının 70 illiyi ilə bağlı təntənəli tədbirlər keçirilib.

Azərbaycan Dövlət Mülki Aviasiya Administrasiyasının mətbuat xidmətindən Tehsil-press.az-a verilən məlumata görə, bu əlamətdar gün münasibətilə keçirilən tədbirlərdə ICAO-nun Prezidenti Olumuiva Benard Aliu, təşkilatın Baş katibi Fan Lyu, Avropa dövlətlərinin mülki aviasiya qurumlarının rəhbərləri və beynəlxalq təşkilatların vəzifəli şəxsləri iştirak ediblər.
Azərbaycan Respublikasının Dövlət Mülki Aviasiya Administrasiyasının Direktoru Arif Məmmədovun rəhbərlik etdiyi nümayəndə heyəti təntənəli tədbirlərində iştirak ediblər. Səfər zamanı nümayəndə heyəti həmçinin ICAO-nun Paris Bürosunda ikitərəfli görüşlər keçirib və uçuşlarının təhlükəsizliyi məsələlərində ölkəmizin mülki aviasiyasına ICAO-nun texniki yardım proqramını razılaşdırıb.


Tehsil-press.az

Oxşar xəbərlər