Azərbaycan şirkətinin təyyarəsi Əfqanıstanda qəzaya uğradı

Azərbaycan şirkətinin təyyarəsi Əfqanıstanda qəzaya uğradı Azərbaycanın "Silk Way" aviaşirkətinə məxsus təyyarə qəzaya uğrayıb.

Əldə olunmuş məlumata görə, qəza bir neçə saat öncə "AN-12" tipli yük təyyarəsi Əfqanıstandan havaya qalxdıqdan sonra baş verib. Heyət üzvlərindən ikisinin vəziyyəti ağırdır, digərləri həyatlarını itirib. Yaralıların Ukrayna vətəndaşları olduğu bildirilir.
“Qeyri-dəqiq məlumata görə, Əfqanıstanın Gilmənd əyalətində Əfqanıstan daxilində yük daşımaları məqsədilə Silk Way şirkətindən icarəyə götürülən An-12 yük təyyarəsində aviasiya hadisəsinin baş verməsi barədə məlumat daxil olub”. Tehsil-press.az xəbər verir ki, bu barədə Azərbaycan Dövlət Mülki Aviasiya Administrasiyasından bildirilib.
Xəbərə görə, Bakı vaxtı ilə təxminən saat 18:30 radələrində Dvayer hava limanından uçuş zamanı aviasiya hadisəsi baş verməsi barədə məlumat daxil olub.
“Əldə olunan məlumata əsasən, heyətin tərkibinə kapitan olan Özbəkistan vətəndaşı, üç Ukrayna vətəndaşı və beş Azərbaycan vətəndaşı daxildir” - deyə, qeyd edilib.
Azərbaycan Dövlət Mülki Aviasiya Administrasiyası tərəfindən hadisənin araşdırılması üzrə komissiya yaradılıb. Hazırda Əfqanıstan aviasiya qurumları ilə hadisənin səbəblərinin araşdırmaq məqsədilə mayın 19-da komissiyanın nümayəndələrinin hadisə yerinə getməsi üzrə razılaşdırma prosesi gedir.


Tehsil-press.az

Oxşar xəbərlər