WikiLeaks Türkiyə hakimiyyətinin məxfi yazışmalarını yaydı

WikiLeaks Türkiyə hakimiyyətinin məxfi yazışmalarını yaydı Qalmaqallı Wikileaks saytı Türkiyə hakimiyyətinə aid yüz minlərlə məxfi elektron yazışmaları yayıb. Tehsil-press.az xəbər verir ki, sayt bu elektron məktubların akparti.org.tr ünvanından göndərildiyini bildirir. Cəmi 762 elektron poçt ünvanından 294 min 548 yazışma və bunlarla birlikdə əlavə dosye yayılıb.

Göndərilən electron məktubların sonuncusu 6 iyun 2016-cı il tarixinə aiddir. Ən köhnəsi isə 2010-cu ildə göndərilib. Sayt bildirir ki, sənədlər Türkiyədə iyulun 15-də baş vermiş hərbi çevriliş cəhdindən bir həftə sonra əldə edilib. Lakin WikiLeaks bildirir ki, sənədləri Türkiyə hökumətinin çevriliş cəhdindən sonrakı addımlarına cavab olaraq planlaşdırıldığından daha əvvəl yayıb. Bildirilir ki, sənədləri ötürən mənbənin Türkiyə dövləti, müxalif siyasi partiyalar və çevriliş cəhdi ilə heç bir bağlılığı yoxdur.
WikiLeaks bildirir ki, AKP-yə aid sənədlərin yerləşdirildiyi sayt işə düşən kimi davamlı haker hücumlarına məruz qalır və bu səbəbdən sənədlərin əldə edilməsində problemlər meydana çıxa bilər.
Xatırladaq ki, sayt Türkiyədə baş vermiş hərbi çevriliş cəhdinin ardınca bu ölkənin siyasi güc bölgüsünə aid yüz minlərlə məxfi yazışmanı yayacağını elan etmişdi. Hələlik Türkiyə hökuməti WikiLeaks-in bəyanatını və sənədlərin yayılmasını şərh etməyib.


Tehsil-press.az

Oxşar xəbərlər