
Xidmətdən Tehsil-press.az-a verilən məlumata görə, monitorinqlər zamanı qiymətlərdə dəyişiklik qeydə alındıqda, bunun səbəbləri araşdırılır və nəticələrindən asılı olaraq qanunvericilikdə nəzərdə tutulmuş tədbirlər görülür.
Qanunvericiliyə görə, çörək dövlət tərəfindən tənzimlənən malların siyahısına daxil deyil. Bununla belə, Dövlət Xidməti tərəfindən aparılan monitorinqlər zamanı çörəyin qiymətində artım qeydə alınmayıb. Əgər çörəyin qiymətində dəyişiklik baş verərsə, səbəbləri araşdırılacaq.
Tehsil-press.az