Ağdaşda “HUMMER” idarəetməni itirdi, qəza oldu

Ağdaşda “HUMMER” idarəetməni itirdi, qəza oldu Gecə saatlarında Ağdaşda yol-nəqliyyat hadisəsi baş verib.

Fövqəladə Hallar Nazirliyin-dən Tehsil-press.az-a verilən məlumata görə, Nazirliyin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Ağdaş şəhərində “HUMMER” markalı minik avtomobilinin idarəetməni itirərək yol kənarında ağaca çırpılması barədə məlumat daxil olub.
Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğınsöndürən-xilasediciləri hadisə yerinə cəlb olunaraq deformasiyaya uğramış avtomobildə sıxılmış vəziyyətdə qalmış vətəndaşı çıxarı aidiyyəti üzrə təhvil veriblər. Əməliyyat saat 05:57-də başa çatıb.


Tehsil-press.az

Oxşar xəbərlər